Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Həsənov: “Müxalifət hələ də hesab edir ki, Qərbdən kimsə onları hakimiyyətə gətirəcək”
31.05.12 20:08

“Anti-Azərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki Qərbdən kimsə onları hakimiyyətə gətirəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycanda yalnız xalqın iradəsinə cavab verənlər hakimiyyətdə ola bilər və mövcud hakimiyyət də buna qadirdir. “Lakin müxalifət bundan kənardır. Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyir ki, xalqın etimadına söykənməyən heç bir qurum möhkəm ola bilməz. “Müxalifət isə heç vaxt xalqın etimadını qazanmayıb. Onlar heç bir xarici təşkilat qarşısında Dağlıq Qarabağ problemini, qaçqın-köçkün problemini qaldırmadılar. Onlar yalnız çığır-bağırla məşğuldurlar. Hansı müxalifət yürüş zamanı xarici jurnalist görən kimi özünü yerə ataraq çığırıb? Amma bizdəki müxalifətin təşkil etdiyi yürüşündə məhz belə oldu” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-6202.html