Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Şagirdlərin buraxılış imtahanına gətirməli olduğu sənədlər açıqlanıb
29.05.12 20:06

Buraxılış imtahanında iştirak edəcək XI sinif şagirdləri imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı), IX sinif şagirdləri isə “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər. İlk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək.
URL / WWW
http://kelam.az/news/a-6188.html