Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Məşhurların obrazı canlandırılacaq
29.05.12 20:05

Yazıçı-dramaturq Əli Əmirli “Siz teatrı sevirsinizmi?” adlı pyesi üzərində işləri bitirib. Bu barədə “KƏLAMİNFO”ya məlumat verən ədibin sözlərinə görə, əsər onun müəllim kimi çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilib. Universitetin rektoru, professor Timuçin Əfəndiyevin ideyası əsasında yazılan pyesin sənədli-bədii kollaj janrındadır: “Bu əsərdə müxtəlif dövrlərdə yaşayan və fəaliyyət göstərən bir çox məşhur tarixi şəxsiyyət yer alıb. Burada 1923-cü ildə nəinki Azərbaycanda, bütün Şərqdə ilk yaradılan Teatr məktəbi əsasında formalaşan, zamanın tələblərinə uyğun olaraq ayrı-ayrı inkişaf mərhələlərini keçərək Teatr institutuna, daha sonra İncəsənət İnstitutuna və nəhayət, 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilən unikal sənət və təhsil ocağının səhnə modelini yaratmağa çalışmışam. Bu bir həqiqətdir ki, bu gün Azərbaycanda mədəniyyətin, o cümlədən teatr kimi möhtəşəm bir sənətin istiqamətini müəyyən edən sənətkarların əksəriyyəti məhz 90 yaşlı bu təhsil müəssisəsinin yetirmələridir”. Dramaturq mürəkkəb strukturu olan bu əsərdə elə həmin məsələni konkret obrazların şəxsində və onlar arasındakı sadə olmayan münasibətlərdə göstərməyə çalışıb. Universitetin yubileyi ərəfəsində səhnəyə qoyulacaq bu əsərdə tamaşaçılar Belinski, Stanislavski, Ərəblinski kimi teatr və mədəniyyət korifeyləri ilə yanaşı, Azərbaycan teatrının inkişafında misilsiz xidmətləri olan Şövkət Məmmədova, Ədil İskəndərov, Rza Təhmasib, Mehdi Məmmədov, Tofiq Kazımov kimi unudulmaz sənətkarların obrazlarını görə biləcəklər.
URL / WWW
http://kelam.az/news/a-6182.html