Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Eurovision”un alovu Ayan Babakişiyevanı bürüyüb
23.05.12 14:23

Hər zaman qeyri-adiliyi ilə diqqət mərkəzində olmağı xoşlayan gənc müğənni Ayan Babakişiyeva ölkəmizdə keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində də maraqlı layihə həyata keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Ayan Babakişiyeva bu dəfə orijinal fotosessiyaları ilə rezonansa səbəb olub. Müxtəlif obrazlarda görünən müğənni “Eurovision”un builki loqosunu - alov və bayrağımızı üzü ilə yanaşı, saçlarında, hətta sinəsində də əks elətdirib. Stilist-vizajist Sabina İmanovanın sayəsində dəyişməyə müvəffəq olan müğənninin bu addımı fotoqraf Çingiz Seyfullayev tərəfindən görüntülənib.
URL / WWW
http://kelam.az/news/a-6158.html