Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlı kitabın təqdimat mərasimi keçirilib
15.05.12 20:39

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlı kitabın təqdimat mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir Laçın rayonunun ermənilər tərəfindən işğal edilməsinin 20 illiyinə həsr edilib.“Müharibədən zərər çəkən vətəndaşların sosial və mədəni hüquqlarının Avropa Məhkəməsində müdafiəsi, eləcə də problemin həlli ilə bağlı digər tədbirlərin beynəlxalq səviyyədə təbliği” layihəsi çərçivəsində hazırlanan kitab Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birlik tərəfindən çap edilib.
Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün cəmiyyətdə həssas münasibət olmalıdır. Onun sözlərinə görə, bu  problem daim gündəmdə saxlanılmalıdır. F.Qurbanov xatırladıb ki, son 20 ildə Azərbaycan həqiqətləri müxtəlif yollarla, o cümlədən media, portallar və digər vasitələrlə dünya ictimaiyyətinə çatdırılıb: “Artıq vaxtı çatıb ki, həqiqətlərimizi xarici ölkələrin mediası və qeyri-hökumət təşkilatlarının vasitəsilə də çatdıraq”-deyən F.Qurbanov bu istiqamətdə işlərin görüldüyünü qeyd edib.
F.Qurbanov əlavə edib ki, son 4 ildə Şura Qarabağla bağlı 100-dən çox layihəni dəstəkləyib. Onun sözlərinə görə, bu layihələrə 1 mln. manatdan  çox vəsait ayrılıb.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, kitabın müəllifi Faiq İsmayılov nəşrin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, kitab ermənilərin Laçın haqqında uydurduğu mifləri dağıtmaq üçün dəyərli bir töhfədir. O, kitabda yer alan bəzi məlumatların bu günədək mətbuatda olmadığını da sözlərinə əlavə edib.
Şuranın üzvü Vüqar Qədirov mövzu ilə bağlı fikirlərini bölüşüb, kitabın əhəmiyyətindən bəhs edib. O, işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırladıqlarını vurğulayıb, onun bu günlərdə ictimai müzakirəyə təqdim olunacağını söyləyib.
Laçın ictimaiyyəti və digər iştirakçılar fikirlərini bildirib, bəzi təkliflər səsləndiriblər.
URL / WWW
http://kelam.az/news/a-6110.html