Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DAK Brüssel qurultayı sonrası mətbuat konfransı keçirib
15.05.12 20:39

Dünya Azərbaycanlıları Konqresi Birlik Qurultayına Hazırlıq Təşkilatı Komitəsi Belçikanın paytaxtı Brüssel şəhərində qurultay sonrası mətbuat konfransı keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, çıxış edən DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli xatırladıb ki, aprelin 26-27-si tarixlərində Brüsseldə Birlik Qurultayı keçirilib. Onun sözlərinə görə, yüksək səviyyədə və uğurlu keçən qurultayda İdarə Heyəti seçilib, İcraiyyə Komitəsi yaradılıb. Mirəşrəf Fətiyev DAK-a sədr seçilib. Professor Qulamrza Səbri Təbrizi isə deyib ki, hər iki DAK-ın qurultayından əvvəl Sabir Rüstəmxanlı ilə sənəd imzalanıb. Onun sözlərinə görə, əsas məqsəd DAK-ın birləşməsi olub. S.Təbrizi qeyd edib ki, S.Rüstəmxanlı sənədə əhəmiyyət verməyərək Ukraynada qurultay keçirib və beləliklə, o, DAK-ı rəsmi parçalayıb. DAK-ın fəaliyyətində iqtidar-müxalifət arasında fərq olmadığını diqqətə çatdıran S.Təbrizi əlavə edib ki, DAK Azərbaycanın möhkəmlənməsi, Dağlıq Qarabağın və Güney Azərbaycanın azadlığı üçün çalışır.
DAK-ın sədri M.Fətiyev qurultayda 38 ölkədən xeyli sayda nümayəndənin iştirak etdiyini xatırladıb. O, qurultay haqqında da məlumat verib.
DAK İdarə Heyətinin üzvü Cavad Direxti hər iki tərəfin birləşməsi üçün səylər göstərdiyini, ancaq istəyinə nail olmadığını dilə gətirib. C.Direxti deyib ki, hər iki DAK ona doğmadır. O, ümid etdiyini bildirib ki, DAK-ın növbəti qurultayı həqiqətən Birlik toplantısı olacaq.
Tədbirdə C.Direxti İranın Azərbaycana qarşı apardığı təbliğatdan da bəhs edib və bildirib ki, qonşu ölkə Azərbaycanın inkişafını görmək istəmir. Onun sözlərinə görə, belə ziyanlı təbliğatlar dayandırılmasa onlar İranın müxtəlif ölkələrdəki səfirlikləri qarşısında demokratik aksiya keçirəcəklər.
URL / WWW
http://kelam.az/news/a-6109.html