Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisin növbəti iclası keçirildi
27.10.09 23:02

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda bir sıra qanun layihələrinə əlavə və dəyişiklik edildi. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə” qanun layhəsi haqqında məlumat verərək bildirdi ki, sənədə parlamentin iki komitəsində baxılıb və bir sıra dəyişiklik edilib. İclasda həmçinin “Azərbaycanda dövlət daktiloskopik qeydiyyatı haqqında”, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” və “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihələrinə baxıldı, “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” və “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında”, “Rəsmi statistika haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara dəyişikliklər və əlavələr edildi.
URL / WWW
http://kelam.az/news/a-61.html