Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İçərişəhər “Eurovision”a hazırlaşır
10.05.12 17:45

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision” mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtımızın qonaqlarının “İçərişəhər” və “Qala” qoruqlarında istirahətinin rahat və mənalı keçirmələri üçün müvafiq hazırlıq tədbirlərini davam etdirir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, otel, ticarət və ictimai iaşə obyektlərinin işçilərinə keçilən sürətli ingilis dili kursları artıq bitmək üzrədir. Bununla yanaşı, Qoruq İdarəsinin tabeliyində olan muzeylərin bələdçilərinə vahid geyim formaları hazırlanıb və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilib. “Eurovision” ərəfəsində “Ask me”(Məndən soruş) adlı maraqlı layihəyə start veriləcək. Layihəyə əsasən yerli və xarici könüllülər İçərişəhər ərazisində üzərində “Ask me”(Məndən soruş) yazılan köynəklərdə gəzəcək və turistləri lazımi informasiya ilə təmin edəcək, onlara bukletlər və təbliğat materialları paylayacaqlar. Layihənin əsas maraqlı tərəfi İçərişəhərdə turistlərə informasiyanın artıq Azərbaycanda müəyyən müddət yaşayan, mədəniyyətimiz və tariximizlə tanış olan xarici könüllülər tərəfindən verilməsidir. Hazırda layihədə iştirak edən könüllülərə Qoruq İdarəsi tərəfindən xüsusi treninqlər keçirilir. Artıq ərazidə turistlərə informasiya və ekskursiyalar haqqında məlumat verilməsi üçün 3 ədəd yeni informasiya köşkü quraşdırılıb. Bakı şəhərinin simvolu olan Qız Qalası abidəsində muzey konservasiyası işlərinin birinci mərhələsinin bitməsi ilə əlaqədar olaraq abidənin fasadında quraşdırılan ayaqaltılar və digər avadanlıqlar sökülüb. Hazırda Qız Qalasının daxilində ekspozisiyanın genişləndirilməsi və təqdimatının dəyişdirilməsi üzərində iş gedir. İctimai iaşə obyektlərinin sayının artırılması istiqamətində görülən işlər çərçivəsində milli mətbəximizin ləziz nümunələrini təqdim edən bir sıra yeni obyektlər açılıb.
URL / WWW
http://kelam.az/news/a-6076.html