Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Attestatların hansı qurum tərəfindən verilməsi dəqiqləşdi
10.05.12 17:45

Prezident İlham Əliyev təhsil müəssisələrində təhsil alanların attestasiyası, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. “KƏLAMİNFO”nun məlumatına görə, Sərəncamda qeyd edilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etsin. Həmçinin Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində təhsil müəssisələrində təhsil alanların attestasiyası, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
URL / WWW
http://kelam.az/news/a-6072.html