Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Traviata” tamaşası nümayiş olunacaq
10.05.12 17:45

Mayın 12-də Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” tamaşası nümayiş olunacaq. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tamaşanı Qut-İmmlinqdə (Bavariya, Almaniya) keçirilən Beynəlxalq opera sənəti festivalının bədii rəhbəri, baş dirijoru xanım Korneliya fon Kerssenbrofk idarə edəcək. Tamaşada əsas partiyada – Alfred rolunda Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İqor Borko çıxış edəcək. Qeyd edək ki, Avropada məşhur olan İqor Borko ABŞ, Fransa, Niderland, İspaniya, Belçika, Almaniya, Danimarka, Yaponiya, Çin, Avstriya, Macarıstan, Kanada, Rumıniya, Polşa və Rusiyaya da qastrol səfərləri edib. Xatırladaq ki, tamaşada Əməkdar artistlər İnarə Babayeva Violetta rolunda, Əkrəm Poladov Doktor rolunda, Xalq artistləri Əvəz Abdullayev Jermon partiyasında, Əli Əsgərov isə Markiz partiyasında çıxış edəcəklər. Yeri gəlmişkən qeyd edək ki, Əvəz Abdullayev və Əli Əsgərov prezident İlham Əliyevin 9 may tarixli sərəncamına əsasən Xalq artisti adı alıblar.
URL / WWW
http://kelam.az/news/a-6069.html