Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Danimarka təmsilçisi mayın 13-də Bakıda olacaq
08.05.12 19:26

Danimarkanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyəti mayın 13-də Azərbaycana yola düşəcək. “KƏLAMİNFO” eurovision.az saytına istinadən xəbər verir ki, onlar Azərbaycanın tarixi barədə məlumat əldə edə bilmək üçün bir neçə ekskursiya da planlaşdırırlar. Danimarka təmsilçisi səfər ərəfəsində “Should've known better” adlı müsabiqə mahnısına yeni klip çəkilişlərinə başlayıb. Solunanın klipdəki əsas “tərəf-müqabilləri” Harald adlı at və çox qədim və yaşlı bir ağac olub. Qeyd edək ki, Danimarka təmsilçisi Soluna Samayı “Bakı Kristal Zalı” səhnəsində bir barabançı, skripkaçı və pianoçu ilə yanaşı, 2 vokalçı da müşayiət edəcək. Müğənninin bek vokalçılarından biri 25 yaşlı Barbara Molekodur. Mozambikdə dünyaya gələn bu ifaçının özünün də kifayət qədər geniş tamaşaçı auditoriyası var.
URL / WWW
http://kelam.az/news/a-6054.html