Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Abbasov: Təhsil sistemində İKT çox geniş sürətdə tətbiq edilir
07.05.12 20:06

Azərbaycan məktəbləri, ölkənin təhsil sistemində İKT çox geniş sürətdə tətbiq edilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən inşa yazı müsabiqəsinin nəticələrinə həsr edilən tədbirdə deyib.
Nazir bildirib ki, artıq bir neçə beynəlxalq reytinq təşkilatının məlumatlarının analizi də bunu təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan təhsildə İKT-nin tətbiq səviyyəsi ilə bağlı Şərqi və Mərkəzi Avropa ölkələri arasında öndə olan dövlətlərdəndir. “Bu işi davam etdiririk. Biz Təhsil Nazirliyi ilə çox sıx işləyirik. İki böyük Dövlət Proqramını birgə həyata keçiririk ki, bu da İKT-nin məktəblərdə geniş surətdə tətbiq edilməsi ilə əlaqədardır” deyən nazir Təhsil Nazirliyi ilə digər məsələlərlə bağlı da geniş əməkdaşlıq etdiklərini söyləyib.
URL / WWW
http://kelam.az/news/a-6048.html