Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bahar Muradova: “İctimaiyyət müxalifətin imkanının nəyə çatdığının şahidi oldu”
04.05.12 20:51

«Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Bu, qanunun onlara verdiyi hüquqdur. Sadəcə, bu hüquq qanun çərçivəsində reallaşdırılmalıdır». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, müxalifət partiyalarının son vaxtlar keçirdiyi mitinqlər də bu hüququn reallaşmasıdır. Onun sözlərinə görə, əgər qarşı tərəf qanun çərçivəsində addımlar atacaqsa, bundan sonra da sərbəst toplaşmaq məsələsində heç bir problem olmayacaq. «Hökumət qanunun icrası istiqamətində öz üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcək. Amma müxalifətin bu mitinqlərinə ictimai dəstəyin olub-olmaması isə başqa məsələdir. Bütün ictimaiyyət onların imkanının nəyə çatdığının şahidi oldu» - deyə vitse-spiker vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-6032.html