Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ADU-da “Salam Polşa” adlı fotosərgi keçirilib
02.05.12 20:12

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Salam Polşa” adlı fotosərgi keçirilib. Tədbirdə ADU-nun rektoru Səməd Seyidov, Polşanın Azərbaycandakı səfiri Mikal Labenda, səfirliyin nümayəndələri və universitetin tələbə-müəllim heyəti iştirak edib. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. Tədbirdə Polşada 3 mayın Konstitusiya günü kimi qeyd olunduğu və sərginin də bu məqsədlə keçirildiyi haqqında iştirakçılara məlumat verilib. Polşanın tarixinə nəzər salınıb, Konstitusiya gününün yaranma tarixindən danışılıb. Bildirilib ki, Konstitusiya gələcək nəsillərin və ədalətli cəmiyyətin qorunub saxlanmasına xidmət edir. Ənənəvi polyak rəqsi olan “Polonez” tələbələr tərəfindən ifa olunub. S.Seyidov Azərbaycan və Polşa arasında münasibətlərin 20 ilə yaxındır ki, mövcud olduğuna toxunub. O, Polşanın Avropa Birliyinin aparıcı ölkələrindən biri olduğunu qeyd edib. M.Labenda ölkəsinin bayramını ADU-nun tələbə-müəllim heyəti ilə birgə qeyd etməkdən məmnunluğunu ifadə edib. ADU-da polyak dilinin tədris olunmasına toxunan M.Labenda universitetlə gələcək əməkdaşlıq perspektivlərinin olduğunu deyib. Səfir polyak dilini yaxşı mənimsəyən tələbələrin Polşaya getmək imkanı qazanacaqlarını vurğulayıb. Sonra sərgiyə baxış keçirilib.
URL / WWW
http://kelam.az/news/a-6009.html