Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Gənclər korrupsiyaya qarşı mübarizə təşəbbüsü ilə çıxış etdilər
18.04.12 16:33

Dünya Bankının nəzdində fəaliyyət göstərən “Gənclərin Global Antikorrupsiya Şəbəkəsi” (GYAC) gənclərin korrupsiya ilə mübarizəsi çərçivəsində yeni bir təşəbbüslə çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, şəbəkənin Cənubi Qafqaz üzrə eksperti və İdarə Heyətinin üzvü Vüsalə Hüseynlinin verdiyi məlumata görə, Büronun son qərarına görə gənclərin bu təşəbbüsün dəstəklənməsində kütləviliyi təmin etmək və onlara dünyanın dili ilə müraciət etmək üçün bunu musiqinin dilinə çevirməklə bağlı qərar qəbul olunub. Təbliğat çarxı olduqca maraqlı alınıb. Biz düşünürük ki, əgər bu istiqamətdə dünyada neqativ hallar varsa, bununla sivil qaydada, qanunlar çərçivəsi ilə yanaşı, musiqi dili ilə də mübarizə aparmaq mümkündür. Bu da maarifləndirmənin bir yoludur. İnanıram ki, bu metod çox effektli rol oynayacaq. Təbii ki son qərarı yenə də gənclər verəcək”-deyə V.Hüseynli vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-5936.html