Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Vəfa Quluzadə: “Rusiya islam adı altında yaradılan müxtəlif təriqətlərdən təsir vasitəsi kimi istifadə edir”
12.04.12 19:48

“Bu gün Rusiya islam adı ilə yaradılan müxtəlif təriqətlərdən istifadə edərək Cənubi Qafqazda, xüsusilə Azərbaycana qarşı onlardan təsir vasitəsi kimi istifadə edir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. O qeyd edib ki, belə təriqətlərə istinad edən Rusiya nə vaxt bu regionda öz maraqlarına zidd nəsə görürsə dərhal onları işə salır - partlayışlar törədir, gah sərhədlərdə desant toplayır və sair. “Fikir verin, son günlər belə bir xəbər yayılır ki, Rusiya Ermənistanda yeni RLS tikmək qərarına gəlib, yaxud Ermənistan bu təkliflə çıxış edir. Bu ondan irəli gəlir ki, Azərbaycan Rusiyanın burda Voronej tipli RLS tikməsinə razılıq verməyib.Eyni zamanda, Qəbələ RLS haqqında da hələ ki ümumi razılıq olmayıb. Rusiyanın Qəbələyə verdiyi icarə pulu çox azdır. Azərbaycan Rusiyadan 300 mln. dollar tələb etsə, bu, hətta az olar. Çünki gözəl kurort ərazilərinin hamısı Rusiya RLS-nin nəticəsində heçə döndərilir” - deyə V.Quluzadə vurğulayıb. Politoloq deyir ki, son günlər Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən qruplaşmanın Rusiya ilə əlaqəli olduğu sübuta yetirilsə də, Rusiya bunu etiraf etməyəcək.
URL / WWW
http://kelam.az/news/a-5900.html