Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Misirin keçmiş vitse-prezidenti prezidentlik uğrunda mübarizəyə qoşulur
09.04.12 20:24

Misirin keçmiş vitse-prezidenti və xüsusi xidmətin rəhbəri Ömər Süleyman mayda keçiriləcək prezident seçkisində mübarizə aparmaq üçün sənəd təqdim edib. 74 yaşlı Süleyman seçkidə iştirak etməsi barədə yalnız cümə günü məlumat verib və bunun üçün lazım olan 30 min imzanı son 2 gündə toplaya bilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, keçmiş prezident Hüsnü Mübarəkin devrilməsinə az qalmış vitse-prezident təyin edilmişdi. Bundan sonra isə hakimiyyət kütləvi etirazlar nəticəsində Ali Hərbi Şuraya keçdi və Ömər siyasi səhnədən getməli oldu. Müşahidəçilər hesab edir ki, dünyəvilik tərəfdarı olan siyasi partiyalar seçkidə onun tərəfini saxlaya bilərlər.
URL / WWW
http://kelam.az/news/a-5874.html