Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ABŞ dünyanın ən böyük kəşfiyyat mərkəzini qurur
31.03.12 15:45

ABŞ dünyanın ən böyük kəşfiyyat mərkəzini qurur. Utah ştatında çölün ortasında bütün dünyanı dinləyə biləcək nəhəng dinləmə və kəşfiyyat mərkəzi yaradılır. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, 2004-cü ildə inşaatına başlanan təsis 2 milyard dollara başa gələcək və gələn ilin sentyabr ayında fəaliyyətə hazır olacaq. Bu sistemlə dünyada telefon və internetdən keçən bütün məlumatlar yoxlanıla biləcək. Toplanan məlumatların analizi üçün xüsusi şifrə qırma qrupları yaradılıb. İndiyə qədər mərkəzdə toplanan məlumatların 5 ekstabayt olduğu düşünülür. Yeni mərkəzdə əməliyyatlar "milyon eksabayt" mənasına gələn "yootobit" vahidləriylə həyata keçiriləcək. ABŞ kəşfiyyat qurumlarını məlumatla təmin edəcək mərkəzdə fövqəladə təhlükəsizlik tədbirləri görülür. Yalnız görüntülü təhlükəsizlik sisteminin 10 milyon dollara başa gəldiyi, illik enerji xərclərinin isə 40 milyon dollar olduğu bildirilir. ABŞ bundan əvvəl də İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya kəşfiyyat qurumlarıyla birlikdə dünyanın ən böyük izləmə sistemi olan "Echelon"u qurmuşdu. Dünya miqyasında dinləmə və qeydə alma gücünə sahib, çox inkişaf etmiş kompyuter şəbəkəsi olan sistem müxtəlif bölgələrdəki bazalar, peyklər, casus təyyarələr, gəmilər və sualtı qayıqlar tərəfindən əldə edilən məlumatları araşdırır.
URL / WWW
http://kelam.az/news/a-5838.html