Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » YAP 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirib
19.01.10 22:24

Yeni Azərbaycan Partiyası (YAP) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə YAP-ın rəhbər üzvləri, millət vəkilləri, ayrı-ayrı partiyaların rəhbərləri iştirak edib. Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Azərbaycanın tarixində qanlı hadisələrin çox olduğunu bildirib. O, 20 yanvar faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə hələ də tam şəkildə çatdırılmadığını qeyd edib. Ə.Əhmədov bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. “Bu faciə tarixin yaddaşına çevrilib və biz çalışmalıyıq ki, yeni nəsillərin də bu hadisələrdən xəbəri olsun və heç vaxt unutmasınlar. Bu faciədən dərs çıxarılması lazımdır. Biz bəzən başımıza gətirilən faciələrdən danışmağa utanırıq. Amma biz həqiqətləri dünyaya çatdırmalıyıq”.-deyə Ə.Əhmədov vurğulayıb. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı isə Azərbaycana zaman-zaman hücumlar olduğunu ancaq hər dəfə xalqın birliyi ilə bu hücumların qarşısının alındığını söyləyib. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 20 Yanvarla Azərbaycanın yeni qəhrəmanlıq tarixinin yazıldığını bildirib. Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa isə 20 Yanvar faciəsinin şərhə ehtiyacı olmayan bir hadisə olduğunu, bu hadisəni törədənlərin cəzalandırılması istiqamətində addımların atılmasının vacib olduğunu söyləyib. Millət vəkili Cəmil Həsənli Qüdrət Həsənquliyev və digərləri 20 Yanvar faciəsi ilə bağlı çıxış ediblər.
URL / WWW
http://kelam.az/news/a-578.html