Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » GİN-də “20 Yanvar” faciəsinin ildönümü ilə bağlı tədbir keçirildi
19.01.10 22:24

Bu gün Gənclər və İdman Nazirliyində (GİN) 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda GİN-in əməkdaşları və “Mənim 20 yaşım var” aksiyasının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən GİN-in Gənclərlə iş şöbəsinin müdüri Fərhad Hacıyev “20 Yanvar” hadisəsini xalqımızının qəhramanlıq nümunəsi kimi xarakterizə etdi. 20 Yanvar qəhramanlıq səlnaməsinin özəlliklərindən danışan F.Hacıyev faciəyə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini söylədi. O, 1990-cı ildə Heydər Əliyevin Moskvada Komunist Partiyası sıralarından imtina edərək etiraz səsini ucaltmasının tarixi hadisə olduğunu vurğuladı. Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirdilər. Onlar bu hadisəni törədənlərin məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını tələb etdilər. Çıxışlar bitdikdən sonra tədbir “Azadlığa gedən yollar” adlı kiçik metrajlı filmin təqdimatı ilə davam etdi.
URL / WWW
http://kelam.az/news/a-577.html