Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanın turizm potensialı İstanbulda keçiriləcək beynəlxalq sərgidə nümayiş olunacaq
19.01.10 22:24

Cari ilin 11-14 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində “EMİT-2010” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Daxili turizmin inkişafı şöbəsinin Baş məsləhətçisi Rəhman Oruclu və aparıcı mütəxəsis İlahə Hacıyeva İstanbula ezam olunacaqlar. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin Turizm şöbəsinin Analitik təhlil və proqramlaşdırma sektorunun aparıcı məsləhətçisi Türkan İsmayılova verib. T.İsmayılova bildirib ki, sərgidə Azərbaycanın turizm potensialı 50 kv. metr stendlə təbliğ olunacaq. “Burada ölkəmizin gözəl guşləri, görməli yerləri, tarixi, memarlıq abidələri, mehmanxana turizm obyektləri xüsusi reklam çap məsulları vasitəsilə təbliğ olunacaq”,-deyə T.İsmayılova vurğulayıb. Onun sölərinə görə, sərgidə mili rəqslərimizi təbliğ etmək məqsədilə Dövlət Mahnı və Rəqs Ansamblının 6 nəfər əməkdaşı da Türkiyəyə gedəcək. T.İsmayılova sərgiyə həmçinin üç özəl turizm şirkətinin də qatılacağını vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-576.html