Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elsevər Ağayev: “Azərbaycanda təbii artım göstəricisi Avropada ən yüksək göstəricilərdəndir”
09.03.12 20:51

Azərbaycanda 2011-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7-dən 19,3-ə qalxıb. Təbii artım göstəricisi isə 8,1-dən 13,5-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. O qeyd edib ki, eyni zamanda, ildən-ilə səhiyyəyə daha çox büdcə vəsaiti ayrılır. “2003-cü illə müqayisədə 2011-ci ildə bu vəsait təxminən 10 dəfə artaraq 563 milyon manatdan artıq olub. Bu da respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinə imkan yaradıb. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatı işi daha da təkmilləşdirilib. Artıq stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək, onların sayı 60-dan 166-ya çatdırılıb. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artmasına sübutdur və bu göstəricilərinin gələcəkdə daha da yaxşılaşdırılması üçün zəmin yaradır” - deyə E.Ağayev vurğulayıb. Onun sözlərinə görə, son 5 il ərzində 400-dən artıq səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. Nazir müavini, həmçinin deyib ki, bu gün Azərbaycanda uşaqların yoluxucu xəstəlikdən qorunması üçün inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. O cümlədən, bu ildən etibarən körpələrimiz daha bir qorxulu infeksiyaya-Hemofilus B infeksiyasına qarşı planlı peyvəndə cəlb olunublar. “Yaxın zamanlarda pnevmoniya xəstəliyinə qarşı da peyvəndin tətbiq edilməsi planlaşdırılır. Müqayisə üçün deyim ki, Azərbaycanda müstəqilliyin ilk illərində uşaqlar cəmi 5 yoluxucu xəstəliyə qarşı peyvənd edilirdi. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq neçə illərdir ki, bu xəstəlikdən azad diyara çevrilib. Digər idarəolunan xəstəliklər üzrə də nəzərəçarpan nailiyyətlər qazanılıb. Belə ki, 2011-ci ildə difteriya, qızılca xəstəlikləri qeydə alınmayıb. Epidemik parotit xəstəliyi 27% azalıb, kəskin bağırsaq infeksiyalarında alovlanma qeyd olunmayıb. Malyariya xəstəliyi praktiki ləğv olunma səviyyəsindədir. Uşaq və yeniyetmələr arasında xəstəliklərin vaxtında aşkar edilməsi, dispanserizasiyası, müalicə-profilaktika və sağlamlaşdırıcı tədbirlərin keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi məqsədilə onların sağlamlığı barədə məlumatların “Vətəndaşların Elektron Sağlamlıq kartı Sistemi”nə daxil edilməsi istiqamətində işlər həyata keçirilir. Son illərdə respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur” - deyə nazir müavini əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-5754.html