Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Saakaşvili parlamentdə çıxış edib
07.03.12 19:59

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvilinin qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, qonağı spiker Oqtay Əsədov qarşılayıb. O.Əsədov iclasda bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığa malikdir və hərtərəfli əlaqələri inkişaf etdirir. O qeyd edib ki, iki ölkənin iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilir. “Nəzərdə tutulan AGRİ layihəsi Xəzər neftinin Qara dənizə çatdırılmasında böyük əhəmiyyətə malikdir. Hər iki dövlətin ərazi bütövlüyü ilə bağlı problemləri var. Lakin beynəlxalq hüquq bizim tərəfimizdədir və bu onu deməyə əsas verir ki, biz bu problemin həllinə nail olacağıq” - deyə spiker vurğulayıb. Sonra söz Mixeil Saakaşviliyə verilib. Gürcüstan prezidenti çıxış edərək deyib ki, Azərbaycan və Gürcüstanı strateji əməkdaşlıq bağlayır. “Bizi əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır. Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayır” - deyə M.Saakşvili bildirib. Onun sözlərinə görə, hər iki ölkə qələbələrdə və məğlubiyyətlərdə bir olub. “Unutmaq lazım deyil ki, ilk dəfə Azərbaycan respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub” - deyə o əlavə edib. O, Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadədən bəhs edərək onun səsləndirdiyi sözləri azərbaycanca deyib: “Bir kərə yüksələn bayraq bir daha enməz”. O, Azərbaycan və Gürcüstanın hazırkı əlaqələrindən də danışıb.
URL / WWW
http://kelam.az/news/a-5748.html