Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » RİTN-in Həmkarlar İttifaqının qurultayı keçirilib
06.03.12 15:45

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparat İşçilərinin Həmkarlar İttifaqının qurultayı keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya RİTN-dən veriblər. Qurultayı nazirliyin aparat rəhbəri Vidadi Zeynalov açıb. Sonra Həmkarlar İttifaqının sədri Şirzad Hüseynov geniş hesabatla çıxış edib. O bildirib ki, Həmkarlar İttifaqının aparatda çalışan üzvlərinin sayı 91 nəfər təşkil edir. 2008-ci il yanvarın 1-dən bu günə qədər görülən işlərdən danışan Ş.İsmayılov deyib ki, bu müddətdə RİTN tərəfindən əməyin mühafizəsi və işçilərə qanunvericiliklə verilmiş hüquqlar sahəsində fəaliyyət gücləndirilib, Aparatda təhlükəsiz əmək şəraitinin yaradılması təşkil edilib. Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının «Gender və qadın problemlərinə dair» qəbul edilmiş qərarına uyğun olaraq RİTN-də gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyanın yaradılması istiqamətində əsasnamə hazırlanıb və təsdiq edilib. Ş.Hüseynovun sözlərinə görə, ölkədə bədən tərbiyəsi və idman hərəkatının geniş vüsət almasının təmin olunması məqsədi ilə Respublika spartakiadalarında mini-futbol, şahmat, nərd, stolüstü tennis idman oyunları üzrə RİTN-in əməkdaşlarının iştirakı təşkil edilib. Ş.Hüseynov əlavə edib ki, hesabat dövründə işçilərin istirahəti ilə əlaqədar kütləvi tədbirlərin həyata keçirilməsi üçün 2009-2010-cu illər üçün gəlir xərclər smetası hazırlanıb və təsdiq edilib: «Bu smetada 30 təqvim günündən artıq müddətdə xəstəxanada stasionar qaydada müalicə olunmuş və cərrahi əməliyyat olunmuş işçilərə 60 manat, dövlət qulluğunda ən azı 3 il iş stajı olan işçinin ilk dəfə toyu olduqda 60 manat, işçinin özü və ya yaxın qohumu vəfat etdikdə 75 manat və digər təyinatlar üzrə müəyyən məbləğlərdə vəsaitin ayrılması nəzərdə tutulub». Sonra Aparat rəhbərinin müavini, Təftiş Komissiyasının sədri İlham Mərdanov bildirib ki, vəsaitlər təyinatı üzrə xərclənib və ittifaqın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Daha sonra Aparat İşçilərinin Həmkarlar İttifaqının İdarə Heyətinin yeni üzvləri seçilib. Qurultay iştirakçıları Şirzad Hüseynovun yenidən sədr olması üçün yekdilliklə səs veriblər.
URL / WWW
http://kelam.az/news/a-5738.html