Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elmar Məmmədyarov Çexiyaya işgüzar səfər edəcək
05.03.12 14:35

Xarici işlər naziri Elmar Məmmədyarov martın 4-də Vışeqrad Qrupu, Danimarka, Baltikyanı və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Çexiya Respublikasına işgüzar səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Səfər zamanı Elmar Məmmədyarovun GUAM-a üzv olan ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirməsi, eyni zamanda Vışeqrad Qrupu, Danimarka, Baltikyanı ölkələri və Şərq Tərəfdaşlığın nümayəndə heyətlərinin başçılarının iştirakı ilə işgüzar nahara qatılması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-5735.html