Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sarkozi etiraz aksiyası ilə qarşılanıb
05.03.12 14:35

Fransada apreldə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artır. Seçki kampaniyası çərçivəsində ölkənin cənubundakı Bayon şəhərinə gedən prezident Nikola Sarkozi rəqib partiyanın tərəfdarlarının etiraz aksiyası ilə qarşılaşıb. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, aksiya zamanı Sarkozini itələyiblər və sıxışdırıblar. Sarkozi mühafizəçilərinin dəstəyilə zorla irəliləyərək bir bara sığınıb və qəzəbini ancaq burada dilə gətirə bilib: “Fransadayıq və Fransa prezidenti istədiyi hər yerə gedə bilər”. Sarkozi aksiyaya görə ittiham etdiyi rəqibi Fransua Ollandın tərəfdarlarının bu hərəkətlərlə onu dinləyən qrupu qorxutduğu üçün üzüldüyünü deyib. Belə kiçik qrupların kobud davranışlarından qorxmayacağını deyən prezident dəqiqələr boyu sığındığı bardan çıxa bilməyib. Qəzəbli nümayişçilər Sarkozinin sığındığı bara yumurta atıblar. Sarkozi ancaq polisin müdaxiləsiylə nümayişçilər dağıdıldıqdan sonra çıxa bilib.
URL / WWW
http://kelam.az/news/a-5730.html