Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İstanbulda Avrasiyanın ən böyük zərgərlik, qızıl və ləl-cavahirat - “Gold İstanbul-2010” sərgisi keçiriləcək
18.01.10 20:31

Cari il fevralın 18-də Türkiyənin İstanbul şəhərindəki Tüyap Beylikdüzü Sərgi Mərkəzində Avrasiyanın ən böyük zərgərlik, qızıl və ləl-cavahirat sərgisi olan “Gold İstanbul-2010” sərgisi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından veriblər. Fevralın 21-dək davam edəcək sərgidə qiymətli metallardan, qiymətli metallarla örtülü əsas metallardan, qiymətli və yarı qiymətli daşlardan cavahirat və zərgərlik məmulatları, o cümlədən üzüklər, bilərziklər, boyunbağılar, sırğalar, brilyantlar və büjuteriya dəstləri istehsalı ilə məşğul olan şirkətlər öz məhsullarını nümayiş etdirəcəklər. Azərbaycanın iş adamlarının da dəvət olunduqları sərginin iştirakçıları İstanbuldakı beşulduzlu mehmanxanada yerləşdiriləcək və burada onların rahatlıqları üçün hər şərait yaradılacaq.
URL / WWW
http://kelam.az/news/a-571.html