Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ziyafət Əsgərov: Xocalıda törədilən qətliam soyqırımıyla bağlı beynəlxalq Konvensiyaya uyğun gəlir
24.02.12 20:44

Bu gün Milli Məclisin Xocalı soyqırımı ilə bağlı xüsusi iclasında birinci vitse-spikeri Ziyafət Əsgərov xüsusi məruzə ilə çıxış edib. “KƏLAMİNFO” xəbər verir ki, o, çıxışında Qaradağlıda 80 dinc azərbaycanlı, uşaq və qadınlar öldürüldüyünü, onlarla kəndin yer üzündən silindiyini bildirib. Onun sözlərinə görə, Qarabağda Şuşadan sonra azərbaycanlıların ən çox yaşadığı Xocalı ermənilərin hədəfi olub. “Şəhərdə 7 mindən çox insan yaşayıb. Xocalı şəhərinin yer üzündən silinməsi planı əvvəlcədən planlaşdırılıb. Bununla bağlı çağırışlar Xankəndində və İrəvanda keçirilən mitinqlərdə şüarlar səsləndirilib. Yanvarın 28-də 44 sərnişinin olduğu vertolyot vurulduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsilib. Xocalıda törədilən qətliamda Ermənistan Hərbi Qüvvələri, keçmiş SSRİ-nin 366-cı alayı iştirak edirdi. Şəhərdə kütləvi qırğın törədilib. Qaçmağa çalışan insanlara qarış yollarda pusqular qurularaq öldürülüb. Xocalıya hücumda 366-cı alayın 2-ci taborunun komandiri Seyran Ohanyan və digər erməni komandirlər iştirak ediblər. Qırğında iştirak edənlər arasında Xankəndi Daxili İşlər Şöbəsinin rəhbəri olmuş Armo Ağramyan, Əsgəran Daxili İşlər Şöbəsinin rəhbəri olmuş Mart Kukasyan, Vitali Balasyan da daxili olmaqla 39 nəfərin iştirak etdiyi istintaqla müəyyənləşdirilib”-deyə Z.Əsgərov vurğulayıb. Birinci vitse-spiker qeyd edib ki, 366 alay tez-tələsik Xankəndindən çıxarılaraq Gürcüstana aparılıb, texnikanın bir hissəsi ermənilərə verilib. Bir neçə gün sonra faciə yerinə gedən KİV təmsilçilərinə mane törədilməyib və bu da göstərir ki, ermənilərin məqsədi əhalini qorxutmaq, Azərbaycanda siyasi vəziyyəti gərginləşdirmək olub. Z.Əsgərov Xocalıda törədilən qətliamın soyqırımıyla bağlı beynəlxalq konvensiyaya uyğun gəldiyini vurğulayıb. “O şəhərdəki insanlar məhz azərbaycanlılar olduğuna görə öldürülüb. Xüsusən hamilə qadınlar daha vəhşiliklə öldürülüb. Bu, azərbaycanlılara qarşı etnik təmizləmənin növbəti mərhələsini təşkil edib. İndiki Ermənistan ərazisindən 1905, 1907 və 1918-ci illərdə Qərbi Azərbaycanda, Bakıda, Qubada və digər yerlərimizdə ermənilər kütləvi şəkildə azərbaycanlılar qətlə yetirilib. Ermənistanda yüz minlərlə azərbaycanlı kompakt halda yaşadığı halda onlara muxtariyyət verilməyib, Dağlıq Qarabağda bir ovuc erməniyə muxtariyyət verilərək gələcək faciələrin əsasları qoyulub”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-5709.html