Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mahmud Abbas Netanyahuya şərtlərini göndərib
13.02.12 21:14

Fələstin dövlət başçısı Mahmud Abbas yəhudi məskənlərinin inşaatı dayandırılmadığı təqdirdə İsraillə sülh müzakirələrinə başlamayacağını söyləyib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Mahmud Abbas Ərəb Birliyinin Qahirədəki toplantısında İsrailin baş naziri Benyamin Netanyahuya müzakirələrə başlamağın şərtlərini ehtiva edən məktub göndərdiyini deyib. Fələstin lideri qeyd edib ki, məktuba mənfi cavab veriləcəyi təqdirdə BMT-də Fələstinin müstəqil dövlət kimi tanınması kampaniyası yenidən başladılacaq. Abbasın çıxışına reaksiya verən Netanyahu isə Fələstin liderinin sülhə arxa çevirdiyini söyləyib. Netanyahu Fələstin dövlət başçısını “Həmas”a ürəkdən bağlı olmaq və İranı dəstəkləməkdə ittiham edib.
URL / WWW
http://kelam.az/news/a-5647.html