Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Obama yeni büdcə layihəsini Konqresə göndərməyə hazırlaşır
13.02.12 21:14

ABŞ prezidenti Barak Obama 2013-cü il üçün təklif etdiyi federal büdcəni təsdiq edilmək üçün Konqresə göndərməyə hazırlaşır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Ağ Ev vergilərin artırılması və xərclərin azaldılmasını nəzərdə tutan yeni büdcəni Amerikanın maliyyə problemlərinin həlli üçün balanslı yanaşma tərzi kimi qiymətləndirib. Prezident idarəsinin rəhbəri Ceykob Lyuinin bildirdiyinə görə, büdcə iqtisadiyyatın stimullaşdırılması, eyni zamanda federal defisitin azaldılması üçün uzun müddətli həll yolunun tapılması nəzərə alınaraq hazırlanıb. Lyui büdcədə qarşıda gələn 10 il ərzində zəngin amerikalılar üçün vergilərin artırılması və hökumət xərclərinin azaldılması yolu ilə büdcə defisitinin 4 trilyon dollar azaldılmasına nail olmaq kimi məqsəd qoyulduğunu xüsusi vurğulayıb. Bununla yanaşı, büdcəyə əsasən, sürətli şosse yollarının salınması və digər nəqliyyat layihələrinin gerçəkləşdirilməsi və yeni iş yerlərinin yaradılması kimi infrastruktura maliyyə qoyuluşları daxil edilməyib.
URL / WWW
http://kelam.az/news/a-5646.html