Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
01.02.12 20:06

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın təhsil və elm naziri Gintaras Steponaviçiyus ilə görüşüb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən mədumata görə, görüş zamanı səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında, eləcə də hər iki ölkənin təhsil və elm sahəsində əlaqələrin daha da güclənməsində maraqlı olduğunu bildirib. Münasibətlərimizdə təhsil sahəsinə xüsusi öncəlik verildiyini qeyd edən səfir H.Məmmədzadə Litvanın ali məktəblərində təhsil alan onlarla azərbaycanlı tələbə üçün yaradılan şəraitə görə nazir G.Steponaviçiyusa təşəkkür edib. Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə həyata keçirilən dövlət proqramına bir neçə Litva universitetinin də daxil olunması vurğulanıb. Eyni zamanda, Avropada təhsil alan azərbaycanlı tələbələrin müxtəlif forum və toplantılarının Litvada keçirilməsi, bununla əlaqədar Avropada təhsil alan gənclərimiz üçün Vilnüsün mərkəz olaraq seçilməsi yönündə iş aparıldığı qeyd edilib. Görüşdə eyni zamanda, Azərbaycan və Litva universitetlərində qarşılıqlı olaraq, elm xadimlərinin mühazirələrlə çıxış etmələri, universitetlər arasında birbaşa əlaqələrin qurulmasının zəruriliyindən söhbət açılıb.
URL / WWW
http://kelam.az/news/a-5597.html