Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
01.02.12 20:06

Bu gün Milli Məclisin yaz sessiyasındakı ilk iclasında Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinə dair müzakirələr olub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan dövləti bununla bağlı kifayət qədər mövqe bildirsə də, təəssüf ki, bəzi mətbuat vasitələri buna kölgə salır. O, bunu qətiyyətlə pisləyib. “Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı eyni xətt üzrə hərəkət etməlidir. Azərbaycan dövləti, Azərbaycan parlamenti bununla bağlı kifayət qədər addım atır. Bizi istənilən addımda Türkiyənin yanındayıq. İndiki hadisədə də vəziyyəti izləyirik və ardıcıl olaraq hüquqi şəkildə mövqeyimizi bildiririk, lazım olduqca da bildirəcəyik” - deyə S.Novruzov vurğulayıb. Spiker Oqtay Əsədov isə deyib ki, bəziləri bu hadisədən istifadə edib özlərini göstərir. “Biz isə özümüzü göstərmək niyyətində deyilik, ən sərt formada mövqeyimizi ortaya qoymuşuq. Bu, ürəkdən gələn addımdır, etmişik və edəcəyik. Hazırda səbir etməliyik görək Fransa Konstitusiya Məhkəməsinin son sözü nə olacaq. Ondan sonra da gərək olan addımları atacağıq” - deyə spiker əlavə edib. Deputat Qənirə Paşayeva da deyib ki, azərbaycanlı deputatlar dəfələrlə bununla bağlı öz sözünü deyib. “Xüsusilə Fransa Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyeva da bu işdə çox səy göstərir. Təəssüf ki, bəzi qüvvələr bunu görmür və kölgə salmaq istəyir. O, təklif edib ki, Xocalı soyqırımının 20-ci ildönümündə Türkiyəyə müraciət ünvanlansın və bu soyqırımının rəsmi şəkildə tanınması üçün səy göstərilsin. Bu bizim Türkiyə ilə qardaşlığımızın sübutu olar, həm də bütün dünya görər ki, əsl soyqırımına kim məruz qalıb. İnanıram ki, qardaş Türkiyə parlamenti də bunu müsbət qarşılayıb dəyərləndirər. İstanbulun mərkəzində Xocalının 20 illiyi ilə bağlı “Hamımız xocalılıyıq”, “Hamımız qarabağlıyıq” şüarı ilə mitinq keçirək” - deyə Q.Paşayeva vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-5595.html