Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ABŞ hərbi dəniz qüvvələri İranın balıqçı gəmisini xilas edib
01.02.12 20:06

ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi İran körfəzində İranın balıqçı gəmisini xilas edib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ hərbi dəniz donanmasının bildirdiyinə görə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmi doqquz İran dənizçisini daşıyan balıqçı gəmisindən fəlakət siqnalı alıb. Amerikalı mühəndislər balıqçı gəmisinin mühərrikinin sıradan çıxan kəmərini təmir edib və gəmi yoluna davam edib. “Abraham Linkoln” gəmisinin komandiri, admiral Mayk Şumeyker onun komandasında bütün hallarda yardım göstərə biləcək mühəndislər və həkimlərin olduğunu deyib. Bu, bir ay ərzində ABŞ-ın xilas etdiyi üçüncü İran gəmisidir. İki həftə bundan əvvəl ABŞ-ın hərbi gəmisi altı İran dənizçisini, yanvarın əvvəli isə ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi Ərəbistan dənizində quldurlar tərəfindən saxlanan 13 İran balıqçısını xilas etmişdi.
URL / WWW
http://kelam.az/news/a-5587.html