Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hərbçilərimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
31.01.12 20:06

Azərbaycan zabitləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 2012-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Planının (FTP) müzakirəsi məqsədilə fevralın 13-də Brüsseldə ekspert-qərargah görüşü keçiriləcək. Hərbiçilərimiz həmçinin fevralın 6-10-da Türkiyədə terrorizmlə mübarizənin hüquqi aspektləri mövzusunda kurslarda iştirak edəcəklər.Fevralın 7-9-da isə Litvada NATO təliminin sinxronlaşma konfransı keçiriləcək. Azərbaycan-ABŞ iş planına əsasən isə cari il fevralın 8-dən gələn il fevralın 1-dək hərbçilərimiz ABŞ-da keçirilən piyada kapitanları kursuna qatılacaqlar. Fevralın 9-10-da isə Almaniyada Azərbaycan - ABŞ işçi qrupunun növbəti iclası keçiriləcək. Bu il fevralın 15-dən oktyabrın 16-dək hərbçilərimiz ABŞ-da Səhra artilleriya təməl lider zabit kursuna qatılacaqlar. Azərbaycan-Türkiyə ikitərəfli kurslar planına əsasən, hərbçilərimiz fevralın 13-dən aprelin 9-dək Türkiyədə partlayıcı maddələrin aşkarlanması kursunda iştirak edəcəklər. 13-24 fevralda isə hərbiçilərimiz Çexiyada Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, çoxmillətli sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi kursuna qatılacaqlar.
URL / WWW
http://kelam.az/news/a-5582.html