Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İqtisadi İnkişaf Nazirliyində müşavirə keçirilib
31.01.12 15:57

Bu gün İqtisadi İnkişaf Nazirliyində geniş müşavirə keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə mühüm tapşırıqların verildiyini vurğulayıb. Müşavirədə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, özəl bölmənin inkişafı, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, məhsul ixracının genişləndirilməsi, infrastruktur layihələrinin icrası, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi və s. istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması ilə bağlı nazirliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Eləcə də Tədbirlər Planının hazırlanması qərara alınıb.
URL / WWW
http://kelam.az/news/a-5575.html