Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hillari Klinton: “ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”
27.01.12 18:09

“ABŞ Fransa kimi erməni soyqırımının inkarına görə cinayət məsuliyyəti tətbiq etməyə hazırlaşmır”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə görüşdə deyib. «Bizim güclü tərəflərimizdən biri odur ki, biz insanları düşüncələrinə görə cəzalandırmırıq. İnsanlar istədikləri sözü deyə bilərlər və bizim ölkəmizdə də onlar belə də edir. Digər ölkələrə, o cümlədən bizim yaxın dostlarımızda və Fransa kimi müttəfiqlərimizdə başqa standartlardır. Amma ümidvaram ki biz heç vaxt kimisə düşüncələrinə görə cəzalandırmayacağıq». “KƏLAMİNFO” “İTAR TASS»-a istinadən xəbər verir ki, Klinton deyib ki, soyqırımı ilə bağlı məsələni siyasətçilər deyil, tarixçilər həll etməlidir. Onun sözlərinə görə, dövlətin bu işlərə cəlb olunması çox təhlükəli praktikadır: «Hər iki tərəfə öz fikirlərini söyləməyə imkan vermək lazımdır və biz tərəfləri bunu etməyə çağırırıq. Dəliləri toplayıb, arqumentlərinizi əsaslandırın və diskussiyalara hazır olun”.
URL / WWW
http://kelam.az/news/a-5566.html