Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisin ilk iclasında Fransa Senatının qəbul etdiyi sənədlə bağlı məsələ qaldırılacaq
26.01.12 19:36

Milli Məclisin növbəti plenar iclasında Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiqi ilə bağlı deputatlar ciddi məsələ qaldırmaq fikrindədirlər. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı əksər millət vəkilləri birgə mövqe ortaya qoymaq niyyətindədirlər. “Çünki bu sənəd tək Fransa və Türkiyə arasında deyil, bütün dünyada gərginliyin artmasında çox pis bir rol oynaya bilər. Fransa siyasətçiləri tarixi saxtalaşdıranların, dünyada gərginliyi artırmağın müxtəlif yollarını fikirləşən erməni millətçilərinin güdazına getdilər, təəssüf ki, bu, çox şeyi dəyişəcək”-deyə A.Mirzəzadə vurğulayıb. Millət vəkili deyib ki, hər zaman olduğu kimi bu ağır gündə də Azərbaycan Türkiyənin yanındadır və onunla birlikdə bu ədalətsiz qərara öz etirazını bildirir. “Həmçinin şübhəsiz ki, bu, Fransa ilə münasibətdə bundan sonra bir sıra qərarların qəbul edilməsi ilə nəticələnə bilər”-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-5558.html