Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əhməd Davudoğlu: “Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək”
26.01.12 14:30

Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Danışıqlarda İranla bağlı yaranmış vəziyyət müzakirə edilib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ə.Davudoğlu «Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək» deyib. Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq, İran və Suriya problemləri, QİƏT çərçivəsində əməkdaşlıq, terrorizmlə birgə mübarizə və digər məsələlər müzakirə olunub. Hər iki ölkə bu problemlərin həlli istiqamətlərində səylərini gücləndirmək qərarına gəliblər. Görüşün sonunda yekun Bəyannamə imzalanıb.
URL / WWW
http://kelam.az/news/a-5548.html