Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ermənistan və Rusiya prezidentlərinin görüşü başlayıb
23.01.12 19:46

Soçidə Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyn və Dmitri Medvedyevin görüşü başlayıb. “KƏLAMİNFO” Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdən qabaq Rusiya dövlət başçısı bildirib ki, bu cür görüşlərin ilin əvvəlindən keçirilməsi artıq xoş ənənə şəklini alıb. İndiki görüş çərçivəsində tərəflər ötən ilin yekunlarını müzakirə etmək və cari ildəki planları müzakirə etməyi planlaşdırırlar. Prezidentlərin qiymətləndirməsinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi nöqteyi-nəzərindən pis olmayıb. Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional problemləri də müzakirə edəcəklər. Ermənistan prezidenti öz növbəsində ikitərəfli əlaqələri müsbət qiymətləndirərək, Medvedyevə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı səylərinə görə təşəkkür edib: «Bu görüş də, sizin səyləriniz, ayırdığınız vaxt da - Qafqazda vəziyyətə daha nəzarətedici şərait yaratmağa imkan verir». Qeyd edək ki, bu gün ikitərəfli formatda keçirilən görüşdən sonra Qarabağ münaqişəsi üzrə Sarkisyan-Əliyev-Medvedyev görüşü keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-5530.html