Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Liviyadakı hakim şuranın sədr müavini də istefa verdi
23.01.12 19:46

Liviyadakı milli keçid şurasının sədr müavini Abdel Hafiz Ghoga istefa verib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, o, “Əl-Cəzirə” televiziyasına müsahibəsində xalqın rifahı naminə istefa verdiyini deyib. Bazar günü şəhərdə nümayişə çıxmış minlərlə tələbə onun istefasını tələb edirdi. Bundan az əvvəl isə şəhər meri istefa verib. Şənbə günü Benqazidə yüzlərlə nümayişçi milli keçid şurasının binasına hücum edərək keçmiş rejimin dövründə xidmət etmiş məmurların işdən kənarlaşdırılmasını və indiki hakimiyyətin daha açıq olmasını tələb ediblər. Milli keçid şurasının sədri Mustafa Abdel Jalil Benqazidə keçirdiyi mətbuat konfransında bildirib ki, gərginliyin artması ölkəni uçuruma apara bilər.
URL / WWW
http://kelam.az/news/a-5523.html