Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Vilayət Eyvazov: “Fahişəliklə məşğul olan 749 qadın barəsində inzibati tənbeh tədbirləri görülüb”
27.10.09 21:39

Daxili İşlər Nazirliyinin “Qaynar xətt” telefon xidmətlərinə daxil olan 5163 zəngdən 8-i insan alveri, 27-si əxlaqsız yuvaları saxlama və fahişəliyə cəlb etmə cinayətləri ilə bağlı olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov parlamentdə çıxışı zamanı bildirib. V.Eyvazov qeyd edib ki, digər müraciətlər xarici ölkələrdə işə düzəltmək, təhsil almaq, əcnəbilərlə nikah bağlamaq və s. məsələlərlə əlaqədardır. V.Eyvazov ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 217, o cümlədən fahişəliyə cəlb etməyə görə 72, əxlaqsızlıq yuvaları saxlama ilə əlaqədar 134 cinayət aşkar edilərək onları törədən 160 nəfərin məsuliyyətə cəlb edildiyini söyləyib. O, fahişəliklə məşğul olan 749 qadın barəsində isə qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görüldüyünü deyib.
URL / WWW
http://kelam.az/news/a-55.html