Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib
13.01.12 20:35

Prezident İlham Əliyev bu gün Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Tenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əlaqələrimizin siyasi sahədə yüksək səviyyədə olduğunu qeyd edən prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nəticələr verdiyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını deyib. Son illər Koreya şirkətlərinin Azərbaycan üçün vacib olan layihələrdə iştirakından məmnunluğunu bildirən dövlət başçısı bu əməkdaşlığın daha da genişləndirilməsində ölkəmizin maraqlı olduğunu deyib. İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin önəmini qeyd edən prezident İlham Əliyev Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Hi Tenin ölkəmizə səfərinin uğurlu olacağına və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı səmərəli danışıqların və müzakirələrin aparılacağına əminliyini bildirib. Pak Hi Te Koreya Milli Assambleyasının sədri kimi Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək və ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmaqdır. Azərbaycana səfəri zamanı ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Pak Hi Te prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük tərəqqiyə nail olunduğunu deyib. Görüşdə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində ölkələrimizin maraqlı olduğu bildirilib.
URL / WWW
http://kelam.az/news/a-5489.html