Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Drezdendə 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək
11.01.12 14:25

Yanvarın 18-də Almaniyanın Drezden şəhərində “Alm.az“ Cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunan tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “KƏLAMİNFO“ya verilən məlumata görə, tədbirdə soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqlar, eləcə də rus, yəhudi, ukrayn, qazax icmalarının təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirdə “Alm.az“ cəmiyyətinin sədri Ağahüseyn Babayev keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verəcək. Daha sonra “Azadlığa aparan yollar“ sənədli filmi nümayiş etdiriləcək.
URL / WWW
http://kelam.az/news/a-5464.html