Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azay Quliyev: “Eurovision-2012” ilə bağlı layihələr dəyərləndirilərkən onun icrası vaxtı da nəzərə alınacaq
30.12.11 03:56

“Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən elan olunan müsabiqədə “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı təqdim olunan layihələr dəyərləndirilərkən onun icrası üçün vaxt müddəti də nəzərə alınacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Şuranın sədri, millət vəkili Azay Quliyev bildirib. O qeyd edib ki, müsabiqənin nəticələri gələn il martın əvvəlində elan olunacaq. “Nəzərə alsaq ki, “Evrovision-2012” mahnı müsabiqəsi də mayın sonlarına yaxın keçirilir, o zaman hesab edirik ki, burada hansısa uyğun layihənin icrası üçün kifayət qədər vaxt var” - deyə A.Quluyev vurğulayıb. Şura sədri bildirib ki, bu, təxminən 3 aya yaxın vaxt edir və həmin istiqamət üzrə təqdim olunan layihələr arasından qalib seçilərkən onun icrasının bu vaxt çərçivəsinə uyğun olub- olmaması da nəzərə alınacaq. Qeyd edək ki, Şura dekabrın 9-da 2012-ci il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. 10 istiqamətdən ibarət olan müsabiqənin 4-cü istiqaməti “Eurovision- 2012” mahnı müsabiqəsilə bağlı keçirilən tədbirlərə ictimai dəstəkdir.
URL / WWW
http://kelam.az/news/a-5423.html