Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
13.01.10 20:42

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Seminar iclasında AMEA-nın Fizika İnstitutunun əməkdaşı Q.Mehdiyev və 160 saylı orta məktəbin müəllimi R.Qasımova hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər. Hər bir tapşırıq məzmun, mürəkkəblik dərəcəsi və nominasiya baxımından təhlil edilib. Müzakirələr nəticəsində daha çox məntiqi düşüncə tələb edən, fiziki hadisələrin mahiyyətinin açılmasına yönəlmiş tapşırıqların analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
URL / WWW
http://kelam.az/news/a-542.html