Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Şimali Koreyanın lideri Kim Çen İr ölüb
19.12.11 20:25

Şimali Koreyanın lideri Kim Çen İr 69 yaşında ölüb. «KƏLAMİNFO» xəbər verir ki, onun ölüm xəbəri haqqında məlumatı dövlət televiziyası yayıb. Xəbərdə Kim Çen İrin həddən artıq fiziki və əqli işlə məşğul olması səbəbindən vəfat etdiyi bildirilib. Onun qatarla səyahət zamanı ürək tutmasından vəfat etməsi haqqında da xəbərlər var. Bu gün Şimali Koreyada Nazirlər Kabinetinin təcili toplantısı keçiriləcək. Hakimiyyətin artıq onun üçüncü oğlu Kim Çon Ina ötürülməsi prosesi başlanıb. Atası onu 2009-cu ildə varis elan etmişdi. Kim Çen İr hakimiyyətə 1994-cü ildə atası, Şimali Koreyanın qurucusu Kim İR Senin ölümündən sonra gəlmişdi. Dövlət televiziyası bildirib ki Kim Çen İrin dəfni dekabrın 28-də Pxenyanda keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-5373.html