Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirilib
12.01.10 20:16

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Kütləvi İinformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDDF) layihəsi çərçivəsində “Trend” Xəbərlər Şirkətinin hazırladığı “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən “Trend”in Baş direktoru İlqar Hüseynov bildirib ki, film ermənilərin tarix boyu xalqımıza qarşı apardığı soyqırım hadisələrinin xronologiyasını özündə əks etdirir.O, qeyd edib ki, filmin hazırlanmasında istifadə olunan video görüntülərin əldə olunmasında dövlət strukturları yardımçı olub. İ.Hüseyinov filmdə istər ötən iki əsrdə, istərsə də Qarabağın işğalı zamanı ermənilərin xalqımıza qarşı törəddikləri qeyri-insani vəhşiliklərin yer aldığını vurğulayıb. Filmin ideya müəllifi Emil Hüseyinli isə bildirib ki, filmin ingilis və rus dilli versiyalarının hazırlanaraq xarici bazara çıxarılması nəzərdə tutulur. O, filmə maliyyə dəstəyinin KİV DDF tərəfindən həyata keçirildiyini söyləyib. Tədbirdə millət vəkili Qənirə Paşayeva belə filmlərin Azərbaycanın reallıqlarının işıqlandırılmasında önəmli faktor olduğunu nəzərə çatdırıb. O, bu filmlərin sayının daha da artırılmasınının vacibliyini vurğulayıb. Millət vəkili təklif edib ki, bu filmi xaricdəki səfirliklərimiz və diasporalarımız vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılsın. Tədbirdə KİVDDF-nin sədri Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Həvva Məmmədova və digərləri də qonaq qismində iştirak ediblər. Təqdimat mərasimi filmin nümayiş etdirilməsi ilə davam edib.
URL / WWW
http://kelam.az/news/a-534.html