Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Uşaq cizgi filmləri müsabiqəsi davam edir
07.12.11 20:45

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən bir dəqiqəlik uşaq cizgi filmləri müsabiqəsi davam edir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqəyə işlərin təhvil verilməsi 2011-ci il dekabrın 15-dək davam edəcək. Bildirilir ki, müsabiqədə animasiya kinosu ilə məşğul olan şəxslər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan filmlərə işlənmə texnikası üzrə məhdudiyyət qoyulmur. Xatırladırıq ki, iki qalib layihənin müəllifləri 2012-ci ildə on və beş dəqiqəlik cizgi filmi çəkmək hüququ qazanacaq. Qeyd edək ki, qaliblərin adları 2011-ci il dekabrın 28-dək www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.
URL / WWW
http://kelam.az/news/a-5280.html