Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Şəhid Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək
12.01.10 20:16

Yanvarın 17-də Bakıda 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Güləş Federasiyasından veriblər. Turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Fransa, Rusiya, Gürcüstan, Özbəkistan, İran və Birləşmiş Ərəb Əmirliklərindən olan güləşçilər mübarizə apacaqlar. Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Yarışlar “Abu Arena” idman kompleksində keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-527.html