Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hafiz Paşayev: “Konqresin qərarı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil”
11.01.10 20:17

ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejimə 8 mln. dollar əvəzsiz yardım ayırmasına Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında konqresin qərarının ölkəmiz tərəfimizdən kəskin surətdə pislənildiyini söyləyib. “Biz bunun təkrar olunmaması üçün çalışırıq, amma təəssüf ki, Konqres öz iddiasına davam edir. Bütün bunlar lobbiçilərin fəaliyyəti nəticəsində baş verir”,-deyən H.Paşayev Azərbaycan dövlətinin mövqeyinin ABŞ-a verilən rəsmi etiraz notasında ifadə olunduğunu xatırladıb. “Biz qarşı tərəfə çatdırmışıq ki, bu qərar ən azı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil, hətta Amerikanın özünün maraqlarına ziddir. ABŞ administrasiyasında da bunu başa düşürlər”,-deyə H.Paşayev vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-525.html